Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Güclü yanğın başlayıb -Yeniləndi

CƏMİYYƏT

1081

05.03.2025, 10:38

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Yeniləndi***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Yeniləndi*** 10:38

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.